Azərbaycan Prezidentinin köməkçisi: Regionun problemləri bölgə ölkələri tərəfindən həll olunmalıdır

Azərbaycan Prezidentinin köməkçisi: Regionun problemləri bölgə ölkələri tərəfindən həll olunmalıdır

18:11
Bəyəndim (1) Bəyənmədim (0)

Antalya Diplomatiya Forumu çərçivəsində müzakirə olunan əsas mövzulardan biri də regional məsuliyyət prinsipidir. Azərbaycan xarici siyasətində bu prinsipi tam şəkildə dəstəkləyir. Yəni regionun problemləri məhz bölgə ölkələri tərəfindən həll olunmalıdır.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADF2026 çərçivəsində mətbuata açıqlamasında ifadə edib.

O deyib: “Azərbaycan öz siyasətində regional liderlik, təşəbbüskarlıq, məsuliyyət, əməkdaşlıq və inteqrasiya prinsiplərini ardıcıl şəkildə tətbiq edərək Cənubi Qafqazda və onun hüdudlarından kənarda yeni geosiyasi reallıqların formalaşmasına nail olub. Bu reallıqlar çərçivəsində Ermənistan da regionda formalaşan yeni sülh gündəliyinin üstünlüklərini anlamağa başlayıb”.

Hikmət Hacıyev Azərbaycanın enerji, nəqliyyat və logistika siyasətini də xüsusi vurğulayıb. Bildirib ki, bu siyasət ölkənin enerji resurslarının dünya bazarına çıxarılması, regionda yeni əməkdaşlıq platformalarının formalaşması, mühüm nəqliyyat və logistika layihələrinin həyata keçirilməsinə səbəb olub.

Oxuməni.az