Livanın Beyrut şəhərində iğtişaşlar, azı 35 yaralı + Video

Livanın Beyrut şəhərində iğtişaşlar, azı 35 yaralı + Video

16 Yanvar 2020 13:05
Bəyəndim (1) Bəyənmədim (0)

Livanın Beyrut şəhərində Rusiya səfirliyinin ərazisində gözyaşardıcı qazla dolu iki ədəd qumbara partladılıb. Oxumeni.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, nümayişçilər Rusiya nümayəndəliyinin binasının yaxınlığında Mar-İlyas küçəsində toplaşıb.

Livan hüquq mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazla dolu qumbaralardan istifadə edib. Bundan əlavə, nümayişin dağıdılması zamanı polislər onlara daş atan bir neçə nəfəri saxlayıb.

Toqquşmalar nəticəsində azı 35 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)