Çin hökuməti koronavirus ilə mübarizəyə 43,5 milyon dollar ayırıb

Çin hökuməti koronavirus ilə mübarizəyə 43,5 milyon dollar ayırıb

27 Yanvar 2020 10:37
Bəyəndim (0) Bəyənmədim (1)

Çin hökuməti Uhan şəhərində və Hubei əyalətində yeni tipli koronavirus ilə mübarizəyə 300 milyon yuan ayırıb (43,5 milyon dollar).

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə ölkə büdcəsindən İnkişaf və islahatlar üzrə Dövlət Komitəsinin razılığı ilə təcili maliyyə yardımı ayrılır. Vəsaitlər yoluxmuş şəxslər üçün iki xəstəxananın tikintisinə və xüsusi tibbi avadanlığın alınmasına yönəldiləcək.
Xatırladaq ki, son məlumatlara görə, Çində yoluxanların ümumi sayı 2,7 min nəfəri ötüb, 80 nəfər dünyasını dəyişib.

Oxuməni.az