Holokost: Niderland İsraildən üzr istədi

Holokost: Niderland İsraildən üzr istədi

27 Yanvar 2020 12:17
Bəyəndim (0) Bəyənmədim (2)

İkinci Dünya müharibəsi zamanı Niderland hökuməti yəhudi icması üçün "ədalət və təhlükəsizliyin təminatçısı" kimi öz rolunu yerinə yetirə bilməyib.

Oxuməni.az-ın Euronews-a istinadən verdiyi xəbərər görə, Niderlandın Baş naziri Mark Rutte bu sözlərlə Amsterdamda Xolokost qurbanlarının xatirə günü və Osventsimin azad edilməsinin 75-ci ildönümü münasibətilə çıxış edib.

Holokost qurbanlarının xatirəsi hər il yanvar ayının son bazar günü qeyd olunur. Bu il Holokost qurbanlarının xatirəsi yanvarın 26-da Osvensimdə anılıb.

Mark Rutte ölkə rəhbərliyinin adından üzr istəyib:

"Holokostun miqyasını və dəhşətini çatdırmaq üçün heç bir söz olmadığını başa düşərək üzr istəyirəm. Müharibədən sonrakı nəsillərdən Xolokost qurbanlarının xatirəsinin qorunub saxlanması asılıdır, biz həlak olanların hər birinə adbaad riayət etməliyik, baş verənləri təkrar-təkrar xatırlamalıyıq və burada və indi birləşməliyik".

Oxuməni.az