Çində koronavirus qurbanlarının sayı 106 nəfərə çatıb

Çində koronavirus qurbanlarının sayı 106 nəfərə çatıb

28 Yanvar 2020 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Xubey əyalətinin yeni koronavirusun yaratdığı pnevmoniyadan keçən sutka ərzində 24 nəfər dünyasını dəyişib.

Oxuməni.az-ın verdiyi xəbərə görə Çində ölənlərin ümumi sayı 106 nəfərə çatıb.
Bundan əlavə, vilayətdə 1291 yeni xəstəlik hadisəsi qeydə alınmış və aşkar edilmiş infeksiyaların sayını 2714-ə qədər artırmışdır. Bu ərəfədə Xubeydə koronavirusun 371 yeni hadisəsi aşkar edilib. Beləliklə, xəstəliyin yayılma sürəti gündə üç dəfədən çox artmışdır.
Rəsmi məlumatlara görə, Çində ümumilikdə 4515 nəfər virusa yoluxma qeydə alınıb.
Xatırladaq ki, yanvarın 27-də Honkonqdan olan ekspertlər Uhanda koronavirusa yoluxmuşların sayını 44 min səviyyəsində qiymətləndiriblər və virusun yayılma templərini hesablamaq üçün xüsusi riyazi modeldən istifadə ediblər. Bu rəqəmə infeksiya əlamətləri hələ görünməyənlər daxildir.

Oxuməni.az