Tokioda Yaponiya vətəndaşlarının Rusiyada saxlanılmasını şərh ediblər

Tokioda Yaponiya vətəndaşlarının Rusiyada saxlanılmasını şərh ediblər

28 Yanvar 2020 11:31
Bəyəndim (0) Bəyənmədim (1)

Yaponiya XİN-dən bildiriblər ki, Rusiyada Yapon jurnalistinin saxlanması ilə bağlı durumdan xəbərdardırlar.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə hələlik hökumət orqanları bu məsələ ilə bağlı təfərrüatları açıqlamaq istəmirlər.
"Biz bilirik ki, ötən il dekabrın 25-də Kyodo agentliyinin jurnalisti yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yaponiya XİN diplomatik əlaqələrin təfərrüatlarını açıqlamaqdan çəkinir"

Daha əvvəl Rusiya XİN-dən bildiriblər ki, Yaponiya təbəəsi 25 dekabr 2019-cu ildə Rusiya hərbi potensialı haqqında məxfi materialların alınmasına cəhd göstərdiyinə görə Rusiyada saxlanılıb. Qeyd edildiyi kimi, saxlanılanlara Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə şərait yaradan hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq elan edilib. Yaponiyanın təbəəsinə 72 saat vaxt verildi ki, o, Rusiya ərazisini tərk etsin. Ertəsi gün Rusiyada jurnalist vizası ilə iştirak edən Yapon vətənə gedib.

Oxuməni.az