Sabah bəzi rayonlarda hava yağıntılı olacaq

Sabah bəzi rayonlarda hava yağıntılı olacaq

16 Fevral 2020 13:47
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Oxuməni.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcəyi, havanın çiskinli olacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək -775 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı, bəzi şərq rayonlarında intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir.

Oxuməni.az