Rusiyaya Suriyaya görə yeni sanksiyalar vəd edilib

Rusiyaya Suriyaya görə yeni sanksiyalar vəd edilib

18 Fevral 2020 17:10
Bəyəndim (1) Bəyənmədim (0)

Bundestaqın xarici siyasət komitəsinin rəhbəri Norbert Rettgen Moskvaya yeni sanksiyalar tətbiq etməyə çağırıb. Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, Suriya əyaləti İdlibdə hava hücumlarını dayandırmasa, bu vəd həyata keçirilməlidir.

"Əgər Cinayətlər davam edərsə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunmalıdır", — deyə Rettgen vurğulayıb. O əlavə edib ki, Moskvanın Suriyadakı fəaliyyətinə məhəl qoymayan Qərbin mövqeyi biabırçılıqdır.

Rettgen hesab edir ki, Rusiya avia uçuşlarını hərbi cinayət hesab etmək lazımdır. Siyasətçi vurğulayıb ki, Moskvaya maksimum siyasi və iqtisadi təzyiq göstərmək lazımdır.

Oxuməni.az