Keçmiş polkovnik Zaxarçenko 1,5 milyard rubl rüşvət verməkdə ittiham olunub

Keçmiş polkovnik Zaxarçenko 1,5 milyard rubl rüşvət verməkdə ittiham olunub

27 Fevral 2020 14:40
Bəyəndim (1) Bəyənmədim (0)

Keçmiş polkovnik Dmitri Zaxarçenko olduğu Mordov koloniyasından Moskvaya gedəcək.

Oxuməni.az Vesti.ru-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi Rusiya Daxili İşlər Nazirliyinin Antikorrupsiya rəhbəri keçmiş əməkdaşı 2007-ci ildən 2016-cı ilə qədər bir yarım milyard rubl rüşvət almaqda yeni ittiham irəli sürdü. Söhbət "Qazprom avtomatlaşdırma" və "1520" şirkətlərinin rəhbərliyindən rüşvət almaqdan gedir.

"İnterfaks"ın məlumatına görə, yeni işin materialları 55 cilddə toplanıb. İttihamdan belə çıxır ki, 1 milyard 413 milyon 318 min 222 rubl və 27 kopek Zaxarçenko bir qrup iş adamından - Valeri Markelov, Boris Uşeroviç, Dmitri Motorin və İvan Stankeviçdən almışdır. Rüşvətin alınmasında vasitəçilər keçmiş iki polis əməkdaşı – Viktor Belevtsov və Vasili Kretinin idi.

Oxuməni.az