İdlibdə vəziyyət kəskinləşməkdə davam edir

İdlibdə vəziyyət kəskinləşməkdə davam edir

28 Fevral 2020 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

İdlibdə vəziyyət kəskin şəkildə pisləşib. Belə ki, Behun yaşayış məntəqəsinin ərazisində aviazərbələr nəticəsində 33 türk əsgəri həlak olub, onlarca yaralanıb.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, Ankara Dəməşqi atəşə tutmaqda ittiham edir. Fevralın əvvəlindən İdlib əyalətində 54 türk hərbçisi öldürülüb.

Moskvada bəyan edirlər ki, Türkiyə hərbçiləri "həyat Təhrir əş-Şam" silahlı qruplaşmasının yaraqlıları sırasında olublar və genişmiqyaslı hücuma cəhd göstəriblər.

Hatay vilayətinin qubernatoru Rəhmi Doğan Türkiyə ordusunun itkiləri barədə məlumat verib. Onun sözlərinə görə, yaralanan hərbçilər xəstəxanaya çatdırılıb.

Oxuməni.az