130 mindən çox qaçqın Türkiyə ilə Yunanıstan sərhədini keçib

130 mindən çox qaçqın Türkiyə ilə Yunanıstan sərhədini keçib

3 Mart 2020 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Yunanıstanla qaçqınlar üçün sərhədin açılması barədə qərar qəbul edildikdən sonra ölkədən Aİ ərazisinə köçən miqrantların sayı 130 mini ötüb.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, "Saat 09:15-də Ədirnə vasitəsilə ölkəmizi tərk edən qaçqınların sayı 130 469 nəfərə çatıb", - deyə nazir Tvitterdə yazıb.

Fevralın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Avropa İttifaqı ilə sərhədi Suriya qaçqınları üçün açıb.

Martın 1-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, 100 mindən artıq qaçqın Türkiyənin Aİ ilə sərhədini keçib.

Daha sonra Ərdoğan bildirib ki, Türkiyə Avropa İttifaqı ölkələri ilə sərhədlərini Suriya qaçqınları üçün bağlamayacaq.

Oxuməni.az