Türkiyə indi də İranla savaşa girir?

Türkiyə indi də İranla savaşa girir?

3 Mart 2020 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri İranın nəzarətində olan İdlib qruplarına raket zərbələri endiriblər.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, əgər türklər Suriyanın şimal-qərb rayonlarının xaotik atəşə tutulmasını dayandırmasalar, iranlılar onları qisas almaqla hədələyirlər. Moskva ilə mürəkkəb münasibətlərin fonunda Ankara nə üçün Tehranla münasibətləri gərginləşdirməyə başlayıb?

Suriyanın şimal-qərbində İdlib əyalətində vəziyyət pisləşməkdə davam edir. Türkiyə bu ərazilərə nəzarət uğrunda gedən döyüşlərdə Suriya müxalifətini açıq şəkildə dəstəkləyir və hökumət zirehli texnikasına və hava hücumlarına qarşı komplekslərə zərbələr endirir.

Bəşər əsədin ordusu əyalətin üzərində hava məkanını bağladıqdan sonra belə, Türk pilotsuz uçan aparatlar təkbaşına hədəflərə zərbə vurmağa son qoymadılar. Belə ki, ötən günlər ərzində silah-sursat, zirehli maşın və motosiklet ilə yük maşını havadan məhv edilib. Daha sonra məlum olub ki, Türkiyənin HHM sistemi Suriyanın iki su-24 qırıcısını İdlib üzərində vurublar, lakin pilotlar katapultasiya etməyə nail olublar.

Oxuməni.az