Abxaziya Rusiyadan Prezidentliyə namizədin zəhərlənməsi ilə bağlı iş başlamasını xahiş edir

Abxaziya Rusiyadan Prezidentliyə namizədin zəhərlənməsi ilə bağlı iş başlamasını xahiş edir

4 Mart 2020 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Abxaziya Prezidentinin vəzifəsini icra edən Valeri Bqanba Rusiyanın respublikadakı səfiri Aleksey Dvinyaninə müraciət edərək respublika prezidentliyinə namizəd Aslan Bjaniyanın zəhərlənməsi haqqında iş başlamasını xahiş etmişdir.

Oxuməni.az Vesti.ru-ya istinadən xəbər verir ki, dünən o, "naməlum maddənin zəhərlənməsi" diaqnozu ilə Soçi Xəstəxanasına aparılıb.

RİA Novosti xəbər verir ki, Bganba Abxaziyaya istintaq yoxlamasının keçirilməsi üçün tibbi rəy verməyi, həmçinin Rusiyada Bjaniyanın zəhərlənməsi faktı ilə bağlı iş açmağı xahiş edir.

Ötən il Abxaziyada prezident seçkiləri keçirilib, lakin etirazların fonunda onların nəticələri ləğv edilib. Yeni seçkilər martın 22-də keçiriləcək.

Oxuməni.az