Trampın qərargahı Facebooku qərəzçilikdə günahlandırdı

Trampın qərargahı Facebooku qərəzçilikdə günahlandırdı

6 Avqust 2020 12:22
Bəyəndim (16) Bəyənmədim (7)

ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargahı Facebook şirkətini Amerika lideri ilə müsahibədən videoların çıxarılmasından ötrü qərəzli münasibətdə ittiham edib.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə Hill nəşri yazır.

Qərargahın mətbuat katibinin müavini Kortni Parellin jurnalistlərə bildirdiyinə görə, şirkətin hərəkətləri qərəzlidir.

Xatırladaq ki, əvvəllər məlum olub ki, Facebook Trampın səhifəsindən Fox xəbərlər telekanalına verdiyi müsahibənin fraqmentini çıxarıb.

Oxuməni.az