Aİ Rusiyadan Navalninin işi ilə bağlı açıq araşdırma tələb edib

Aİ Rusiyadan Navalninin işi ilə bağlı açıq araşdırma tələb edib

25 Avqust 2020 10:37
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya hökumət rəsmiləri Navalnının zəhərlənməsi ilə bağlı açıq araşdırma aparmalıdırlar

Oxuməni.az-ın rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Aİ-nin saytında dərc olunan bəyanatda deyilir ki, Avropa İttifaqı Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisinə sui-qəsd edilməsini qətiyyətlə pisləyir". Borrel açıqlamasında Berlinin "Şarite" Hospitalının ilkin məlumatlara istinad edir. Alman həkimləri Navalnının zəhərləndiyini iddia edirlər. Rusiya həkimləri bu qənaətlə razılaşmırlar.

Oxuməni.az