Ermənilər qorxuya düşüb: Hərbi kontingentin artırılmasını istəyirlər
Ermənistanın “Üçüncü qüvvə” Vətəndaş Təşəbbüsünün sədri Artak Tovmasyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.
Oxuməni.az xəbər verir ki, Tovmasyan Rusiya rəhbərliyindən Ermənistan-Azərbaycan sərhədindəki hərbi kontingentin artırılmasını xahiş edib.
“Təəssüf ki, Rusiyanın istifadə etdiyi ziddiyyətli tərəflərin barışıq siyasəti hər zaman istənilən və tez nəzərə çarpan nəticələr vermir. Bununla birlikdə, Azərbaycanla münaqişəmizin sülh yolu ilə həll olunacağına ümidimizi itirmirik”, - deyə erməni siyasətçinin müraciətində qeyd olunur.
Bunun ardınca Artak Tovmasyan sərhədin delimitasiya və demarkasiyası məsələsi ilə bağlı Azərbaycana qarşı əsasız iddialar səsləndirir.
Digər xəbərlər






































































.jpg)























