Paşinyanla Köçəryan arasında səs fərqi cüzidir:  Baş nazir eks prezidentdən 2,3 faiz çox səs toplayıb

Paşinyanla Köçəryan arasında səs fərqi cüzidir: Baş nazir eks prezidentdən 2,3 faiz çox səs toplayıb

10 İyun 2021 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq bir neçə gündür Ermənistanda parlament seçkilərində iştirak edəcək namizədlər seçkiqabağı təşviqata başlayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, “Qallap”ın (Gallup) seçkiqabağı son sorğusunun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım Partiyası respondentlərin 22,9 faiz səsini toplayıb. Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi isə 20,6 faizə yüksəlib. Bir çoxları elə düşünür ki, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsinin birdən-birə bu qədər yüksəlməsinin arxasında Kreml durur.

N.Paşinyanın seçkiöncəsi Avropa turnesi çərçivəsində Fransa və Belçikaya rəsmi səfəri isə Ermənistan parlament seçkilərinin ciddi rəqabət fonunda keçəcəyindən xəbər verir.