Türkiyə və Azərbaycan arasında ən böyük saziş imzalanacaq

Türkiyə və Azərbaycan arasında ən böyük saziş imzalanacaq

12 İyun 2021 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və Türkiyə arasında böyük miqyaslı müqavilə Şuşada imzalanacaq.

Oxuməni.az xəbər verir ki, geniş miqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər. Ərdoğanın imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gələcəyi bu kontekstdə diqqət çəkir. Füzulidə hava limanı inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək. Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradılması mümkünlüyünü və bunun Zəngəzur dəhlizinə yaxın bölgədə - Zəngilanda ola biləcəyini yazmışdıq. Mümkündür ki, bölgə olaraq Füzuli seçilsin.

Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq;

İkincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər.

Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil. Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir. Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır.