Köçəryanın hakimiyyətə gəlməsi Ermənistanın Rusiyanın quberniyasına çevrilməsini rəsmiləşdirəcək

Köçəryanın hakimiyyətə gəlməsi Ermənistanın Rusiyanın quberniyasına çevrilməsini rəsmiləşdirəcək

19 İyun 2021 07:10
Bəyəndim (0) Bəyənmədim (0)

Köçəryanın hakimiyyətə gəlməsi Ermənistanı Rusiyanın quberniyasına çevrilməsini rəsmiləşdirəcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Köçəryan Rusiyadan idarə olunan fiqurdur və Kreml bundan istifadə edərək Ermənistnın işğalını bu dəfə rəsmiləşdirəcək. Amma bunun Azərbaycan üçün təhlükəsi bir o qədər də böyük olmayacaq. İstənilən halda Rusiya sülhməramlıları müddət başa çatandan sonra Azərbaycan ərazilərini tərk etməyə məcbur olacaq. Kommunikasiyaların açılmasına gəlincə, bundan Rusiya imtina etməyəcək. Çünki nəqliyyyat kommunikasiya xətlərinin açılması bizdən daha çox Rusiyaya lazımdır. Əks halda Rusiyanın quberniyasına çevriləcək Ermənistan blokadada qalacaq.

Onu da deyək ki, dünən Paşinyan və Köçəryanın son mitinqi tamamlandı. Birincinin 20 min, ikincinin 50 min tərəfdar topladığı haqda məlumatlar var. Nikol qazanmaq üçün hər şeyi edəcək, amma istisa deyil ki, seçkidən sonra Köçəryan onu devirmək üçün “inqilaba”, yaxud fərqli metodlara əl atsın.

Nəhayət qeyd etdiyimiz kimi Köçəryan hakimiyyətə gələrsə, Qarabağda nə baş verəcək? Bizim üçün əsas məsələ budur.

Robert üçtərəfli razılaşmaları poza bilməz, çünki bunu Rusiya da istəyir, amma bir sıra problemlər də yarana bilər: erməni qoşunlarının bölgədən çıxarılması və Xankəndidəki separatçılar təmizlənməsi uzanacaq, Qarabağın “statusu” ilə bağlı təxribatlar intensivləşəcək və sərhədlərlə bağlı müqavilənin imzalanması da arxa plana keçə bilər. Azərbycanın Türkiyə ilə müttəfiqlik müqaviləsi haqqında Şuşa Bəyannaməsini məhz Ermənistandakı seçkidən öncə imzalaması bu perspektiv təhlükələrə qarşı düşünülmüş gediş idi. Bəyannamə Ermənistanın, eləcə də üçüncü ölkələrin Azərbaycan sərhədlərində və sərhədləri daxilində yarada biləcəyi təhdidlərin qarşısında qalxandır.

Və bu, Ermənistanda istər Köçəryanın, istər bütün vazgenlərin gəlməsindən asılı olmayaraq, Qarabağda və sərhədlərimizdə təhdid yarada bilməyəcəyi deməkdir.