Payızda Şuşaya köç başlayacaq – Hadrutda isə...
Ölkə başçısının tapşırığı ilə işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir. Mina xəritələrinin bir qisminin düşməndən alınması, yolların çəkilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi və infrastrukturun bərpası istiqamətində atılan digər addımlar tezliklə kütləvi köç prosesinin başlayacağı ilə bağlı ümid doğurur.
Hətta bir sıra mütəxəssislər 5-6 ay ərzində köçün tam başlayacağı barədə fikirlər də səsləndirir. Şuşa şəhərində, həmçinin Hadrut rayonunda əhalinin yaşayışı üçün lazımi şəraitin yaradılması isə qayıdışa ilk bu ərazilərdən başlanacağı ehtimalını gücləndirir.
Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, payızda soydaşlarımızın artıq yurd-yuvalarına köçürülməsi nəzərdə tutulub:
“İşğal olunmuş torpaqlarımızın azad edilməsindən sonra ölkə başçısının dəqiq planlaması əsasında ciddi işlər gedir. İnfrastrukturun yaradılmasından minaların təmizlənməsinədək hər şeyə xüsusi diqqət ayrılır. Artıq Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirilir. Payızda soydaşlarımızın kütləvi köçürülməsi nəzərdə tutulub. Şuşa küçələrində uşaqlarımız yeni bir ab-havada özlərinin şıltaq həyatlarını yaşamaqdadırlar. Bəzi ailələr köçüb. Bundan sonra da köç prosesi davam edəcək. Ümumiyyətlə, hesab edirəm ki, Şuşada bərpa işləri aparıldıqca paralel şəkildə köçürülmə də həyata keçiriləcək”.
Millət vəkili əhalinin yaşayışının yüksək səviyyədə təmin edilməsi istiqamətində lazımi işlərin görüldüyünü və bu səbəblə də hər hansı bir təklif verməyə ehtiyac qalmadığını vurğulayıb:
“Çünki hər şey cənab Prezident tərəfindən zərgər dəqiqliyi ilə müəyyənləşdirilib. Hadrutda da hazırda köçmə imkanları var. Yəni orada bu gün insanların yaşaması mümkündür. Yəqin ki, yaxın zamanlarda bu prosesə də başlanacaq. Azərbaycanlıların orada uzun müddət yaşadığı, 1992-ci ildən sonra isə zorakılığa məruz qalaraq didərgin salınması bir faktdır.






































































.jpg)























