“Rusiya özünü Səddam Hüseyn kimi aparır, ABŞ isə...” - Cəlaloğlu

“Rusiya özünü Səddam Hüseyn kimi aparır, ABŞ isə...” - Cəlaloğlu

7 Dekabr 2021 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya blef edir. İddia edildiyi kimi Ukrayna ilə açıq və genişmiqyaslı müharibə etməyəcək. Çünki Rusiyanın öz vəziyyəti ağırdır. Söhbət iqtisadi, sosial, siyasi vəziyyətdən gedir. Moskva blef edərək özünün güclü, dünya siyasətində söz sahibi olmasını nümayiş etdirməyə çalışır. Belə bir müharibə əslində II Dünya müharibəsinin başlamasına səbəb olan Polşa hadisəsinə oxşayır. Əgər Rusiya Ukraynaya hücum edərsə, mütləq ABŞ və NATO Rusiyaya müharibə elan edəcək. Bu da növbəti dünya müharibəsi deməkdir. Rusiyanın da belə bir müharibədə qalib gəlmək şansı yoxdur”.

Oxuməni.az bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlu Bayden-Putin görüşünə toxunaraq deyib ki, danışıqlar və müzakirələr aparılacaq, amma bu problem asanlıqla aradan qalxmayacaq.

Onun sözlərinə görə, Bayden-Putin arasındakı müzakirələr Moskvanı ağılsız addımlar atmaqdan çəkindirəcək:

“Amerika adətən belə məsələlərdə özünü zəif, çəkincən göstərir və əks tərəfi də qızışdırır və sonda başını əzir. Məsələn, Səddam Hüseyn inanmışdı ki, ABŞ-ı məhv edə bilər. Bu səbəbdən də ağılsız addımlar atdı və nəticə də məlumdur. ABŞ belə oyunu Müəmmar Qəddafi ilə də oynadı. İranla da bu oynu oynayır. Guya İrandan çəkinir. ABŞ özünü belə qorxaq göstərsə də, sonradan düşmənini əzmək potensialına malik olur. Məncə, indiki halda ABŞ Rusiya ilə eyni oyunu oynayır. Çünki Rusiya özünü Səddam kimi aparır. ABŞ-da buna uyğun davranır”.