Rus ordusuna ölümcül zərbə - Mövqelər və bazalar darmadağın edildi

Rus ordusuna ölümcül zərbə - Mövqelər və bazalar darmadağın edildi

4 Noyabr 2022 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri cənubda Rusiya ordusunun texnikalarının və şəxsi heyətinin cəmləşdiyi ərazilərə 167 zərbə endirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Müvəqqəti işğal olunmuş ərazilərdə rus işğalçılarının maddi-texniki obyektlərinə, nəqliyyat arteriyalarına və bazalarına zərbələr endirilib. Bundan əlavə, Ukrayna aviasiyası rusların hava hücumundan müdafiə sistemləri və hərbi texnikalarını hədəfə alıb. Hədəf istiqamətində 4 zərbə endirilib.

Cənub istiqamətində 32 rus hərbçisi, 1 tank və 9 ədəd digər zirehli texnika məhv edilib. Ukrayna ordusu Baştan rayonunda və Sniqurivka yaxınlığında rusların 2 sursat anbarını məhv ediblər.

Bundan başqa, Rusiyanın Donetsk vilayətindəki müşahidə məntəqəsi sıradan çıxarılıb.