Medvedevdən sarsaq açıqlama : Dövlət Departamenti  Gebbelsin varisləridir

Medvedevdən sarsaq açıqlama : Dövlət Departamenti Gebbelsin varisləridir

6 Yanvar 2023 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev ABŞ-ın Putinin səfərbərliyindən qaçan rusları qəbul etmək təklifi ilə bağlı sarsaq açıqlama verib.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ ukraynalıları müdafiə etməklə yaramazlar ölkəsi olduğunu sübut etməkdədir.

"ABŞ Ukraynadakı müharibəyə on milyardlarla pul xərcləyir,onları ən müasir silahlarla təchiz edir, minlərlə insanı başqasının əli ilə ölümə göndərir. Bu, nasistlərin "ən yaxşı ənənələrinin" ABŞ tərəfindən davam etdiriməsidir. Bəli, ABŞ Reyx təbliğat naziri Cozef Gebbelsin əsl varisləridir ",-deyə Medvedev sosial şəbəkələrdə yazıb.

Kremlin rəsmisi sayıqlamalarını davam etdirərək amerikalıları nüvə silahı ilə təhdid edib.

"Siz və xalqımızı öldürən köməkçiləriniz heç vaxt bağışlanmayacaqsınız. Sizinlə güc dilində danışacağıq, çünki başqa cür başa düşmürsünüz. Və daha da müasir silahlar buraxın. XXI əsrdə yetişdirdiyiniz nasist leşini üyüdün. Ölkəmizin öldürülən hər bir vətəndaşı üçün hər bir cinayətkardan qisas alacağıq", -deyə Medvedev əlavə edib.

Əziz Mustafa, Oxuməni.az