Rusiya hərbçiləri Laçında məsuliyyət zonalarından kənar əraziyə soxuldu?

Rusiya hərbçiləri Laçında məsuliyyət zonalarından kənar əraziyə soxuldu?

27 Fevral 2023 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Azərbaycan ərazisindəki “sülhməramlı” hərbi kontingenti məsuliyyət zonalarından kənar məkana daxil olub.

Bu, Rusiya Müdafiə Nazirliyinin “sülhməramlı”lara aid bölməsindəki gündəlik dislokasiya xəritəsindən bəlli olur.

Belə ki, fevralın 25-i və 26-a aid xəritədə Laçın “dəhlizi” ərazisində keçirilmiş patrul xidmətinin “dəhliz” ərazisindən kənara - Laçın şəhərinin lap yaxınlığınadək davam etdiyi görünür. Həmin patrul xidmətinin Şuşa-Laçın yolundakı Zarıslı kəndinə yaxın ərazidən başlandığı bəlli olur.

P.S. İki il üç aydan çoxdur ki, ərazimizə yerləşdirilmiş Rusiya hərbi kontingenti rəsmi qurumların, o cümlədən Müdafiə Nazirliyinin, eləcə də ictimaiyyətin və medianın xəbərdarlıqlarına rəğmən funksiyalarından kənar bir sıra qanunsuz davranış və əməllərini, həmçinin dislokasiya xəritələrində Azərbaycana məxsus toponimlərin ermənilərin xeyrinə təhrifini davam etdirir...

Moderator.az