Ukrayna Rusiyaya tam gözlənilməz anda və gözləmədiyi yerdən sarsıdıcı zərbə vuracaq...

Ukrayna Rusiyaya tam gözlənilməz anda və gözləmədiyi yerdən sarsıdıcı zərbə vuracaq...

29 Aprel 2023 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya bu gün təchizat baxımından o dərəcədə dirənib ki, artıq anbarlardan nəinki 1947-1950-ci illərdə işlətdiyi paslanmış “T-54” tanklarını, hətta 1941-1942-ci illərdə buraxılmış çürümüş “T-34” tanklarını da çıxarmağa məcbur olub...”

“Bu işğalçı ölkə müasir texnikalar, tanklar, təyyarələr və s. üçün lazım olan ciplər, digər elektron cihazları istehsal edə bilmədiyindən çox çətin bir durumdadır...”

“Ukraynada doğrudan da Rusiyanın 2014-cü ildən bu günədək işğal etdiyi bütün əraziləri geri qaytarmaq üçün ciddi hazırlıq gedir. Son vaxtlar mətbuatda mütəmadi dezinformasiyalar peyda olur ki, guya Ukrayna filan tarixdə filan yerdən hücuma keçəcək”- bunlar hamısı cəfəngiyyatdır. Məgər Ukraynanın hərbi-siyasi komandanlığı ağılsızdır ki, öz genimiqyaslı əks-hücum planını açıqlasın, yaxud bu haqda hansısa məlumatların sızmasına imkan versin. Mən bir hərbçi kimi düşünürəm ki, Ukrayna Rusiya üçün tam gözlənilməz bir anda və gözləmədikləri bir yerdən hücuma keçib bu işğalçı ölkəyə sarsıdıcı zərbə vuracaq və ardınca uğurlu əks-hücum əməiyyatlarını davam etdirərək qələbəyə nail olacaq”.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev deyib.

“Qərb ölkələrində NATO standartlarına uyğun yüksək səviyyədə hazırlanmış, ən müasir texnologiyalar və texnikalarla döyüş əməliyyatları apara bilən üç Ukrayna korpusunun hücumları qarşısında Rusiyanın dağılıb-tökülən ordusu heç cür tab gətirən deyil. Rusiya bu gün təchizat baxımından o dərəcədə dirənib ki, artıq anbarlardan nəinki 1947-1950-ci illərdə işlətdiyi paslanmış “T-54” tanklarını, hətta 1941-1942-ci illərdə buraxılmış çürümüş “T-34” tanklarını da çıxarmağa məcbur olub”,- deyə general davamında əlavə edib.

“Digər tərəfdən, Amerika, Böyük Britaniya və İsrail kəşfiyyatları Ukrayna komandanlığını Rusiya qoşunları, onların planları, sayları və hərəkətləri barədə bütün gərəkli məlumatlarla təmin edir. Və həmin informasiyalar əsasında son nəticədə işğalçı ordu ən zəif yerindən vurulacaqdır. Bunun necə planlaşdırıldığını isə yalnız Ukraynanın hərbi-siyasi komandanlığı özü dəqiq bilə bilər...

Bu günlərdə ABŞ Konqresində yeni qərar qəbul etdilər ki, Amerika Ukraynanı istədiyi hər cür silah-sursat və texnikayla mümkün qədər təmin etməlidir. Və yalnız ABŞ deyil, bütün Qərb, Avropa ölkələri Ukraynanın qələbəsi üçün əllərindən gələni edəcəklər. İşğalçı Rusiya isə müasir texnikalar, tanklar, təyyarələr və s. üçün lazım olan ciplər, digər elektron cihazları istehsal edə bilmədiyindən çox çətin bir durumdadır. Eyni zamanda bundan əvvəlki çıxışlarımda da qeyd etdiyim kimi, Moskva bundan sonra 2 milyonluq ordu toplasa belə, onlara qısa müddətdə düzgün təlim keçmək, həmçinin formalaşdırılacaq yeni hərbi birləşmələri idarə etmək üçün ölkədə yetərli qədər peşəkar general və zabit kadrı da yoxdur. Çünki Putinin öz hakimiyyəti, xüsusən də keçmiş müdafiə naziri Anatoli Serdyukovun dövründə Rusiyadakı aparıcı hərbi məktəblərin 60 faizi sıradan çıxarılıb”,- deyə sabiq müdafiə naziri vurğulayıb.