Taxıl dəhlizində Türkiyə minlərlə insanın həyatını xilas etdi

Taxıl dəhlizində Türkiyə minlərlə insanın həyatını xilas etdi

2 May 2023 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Prezidentin köməkçisi Hikmət Hacıyev Prezident sarayında Türkiyədən gəlmiş bir qrup jurnalisti qəbul edib. Sabah.com.tr-yə xüsusi açıqlamalar verən Hacıyev Qarabağ qələbəsindən sonra Azərbaycanın hazırda regionda aparıcı qüvvəyə çevrilməsinə diqqət çəkib.

"Türkiyə ilə hər sahədə ortaq fəaliyyət göstəririk. Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir anlayışı ilə hərəkət edirik", - deyən Hacıyev Türkiyənin TCG Anadolu, SİHA, Togg və müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin hamımızı gücləndirdiyini bildirib. Qürur duyaraq texnologiyada yeni bir dövrün açıldığına diqqət çəkib. "Qardaş Türkiyənin bu nailiyyətlərinə ilə həm türk dünyası, həm də Azərbaycan adından çox qürur duyuruq. Hər bir Türkiyə vətəndaşı bununla fəxr etməlidir", - deyən Hacıyev Türkiyə SİHA-larının 44 günlük müharibə dövründə tarixi rol oynadığını və bu müharibə tarixinin qızıl hərflərlə dünya tarixinə yazıldığını sözlərinə əlavə edib.

“Bizim birliyimizi qısqananlar var” "Biz meydanda və xarici siyasətdə birik. Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi bizim müttəfiqlik ruhumuzu ortaya qoyan müqavilədir", - deyən H.Hacıyev Türkiyənin uğurlu siyasət yürütməsi bizi xüsusi qürurlandırır deyə bildirib.

Türkiyənin dünyada ədaləti, sülhü, sabitliyi dəstəkləyən bir ölkə olduğuna diqqət çəkən Hacıyev, "Rusiya-Ukrayna müharibəsi zamanı bunu Qara dənizdə gördük. Taxıl dəhlizində Türkiyə minlərlə insanın həyatını xilas etdi. Biz müharibə istəmirdik amma torpaqlarımız haqsız yerə işğal edilmişdi, biz bunu qəbul edə bilməzdik. Müharibə zamanı Türkiyə ilə bir araya gələrək torpaqlarımızı azad etdik. İlk gündən hər kəsin dəstəyi, Türk vətəndaşı, siyasi, diplomatik və hərbi olaraq bizimlə idi" deyərək sözlərini yekunlaşdırıb.

Oxumeni.az