Sülh üçün 3 variant: Azərbaycan üçün məqbul seçim... - Durum dəyişdi

Sülh üçün 3 variant: Azərbaycan üçün məqbul seçim... - Durum dəyişdi

13 May 2023 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqtonda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra tərəflərin Moskvada və Brüsseldə növbəti dəfə danışıqların aparılması ilə bağlı razılıq əldə etdiyi açıqlandı. Əslində bu heç də sülh cəhdləri ilə bağlı olan yanaşmalar deyil. Bunu kənar qüvvələrin təşəbbüsü kimi başa düşmək olar. Bu sadəcə olaraq Cənubi Qafqazda ABŞ və Rusiyanın apardığı mübarizə ilə bağlıdır.

Oxuməni.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda burada iki dövlət yəni, Rusiya-ABŞ arasında heç bir iş birliyindən söhbət gedə bilməz:

“Belə olduğu halda bir çox məsələlərdə üz-üzə qalan Vaşinqton və Moskvanın Azərbaycanla bağlı məsələdə səmimi davranacağına inanmaq olmaz. Ona görə, qarşıdurma vəziyyətində olan iki tərəfin hər hansı bir məsələdə ortaq qərara gələcəyi inandırıcı deyil. Əslində bu cür yanaşmalar sülh müstəvisinin daha da çətinə düşməsinə gətirib çıxara bilər”.

Partiya sədri Nikol Paşinyanın Azərbaycanla sərhədləri 1975-ci ilin xəritələri əsasında dəqiqləşdirmək iddiasına da münasibət bildirib:

“Burada Paşinyanın nəyə razıl olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Ermənistan birbaşa asılı olduğu Rusiyanın burada olan mövqeyi əsasdır. Paşinyan öncə Rusiyadan belə bir təlimat almalıdır ki, Moskva bu məsələnin sülhlə bitməsinə nə dərəcədə razıdır? Eyni zamanda ABŞ-ın burada olan proseslərin sülh müstəvisində bitməsində səmimi yanaşmasına da aydınlıq gətirilməlidir”.

Sərdar Cəlaloğlu hesab edir ki, Vaşinqton-Brüssel-Moskva müstəvisində sülhlə bağlı konkret mövqe yoxdur: Üç bir-birinə zidd qüvvə razılığa gəlməyibsə bu o deməkdir ki, burada hansısa bir razılığın olması mümkün deyil”.