Ərdoğanın rəhbərliyi ilə Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin şahidi olmaqdayıq

Ərdoğanın rəhbərliyi ilə Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin şahidi olmaqdayıq

29 May 2023 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədəki seçkilərdə Rəcəb Tayyib Ərdoğan qalib gələrək ölkə prezidenti seçildi. Bu Azərbaycan üçün də vacib idi. Əlbəttə, bu gün bütün Türk dünyası və Avrasiya üçün ciddi tarixi gündür. Çünki əgər Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gəlməsə idi, Türkiyənin xarici siyasətində dəyişikliklərin olacağı qaçılmaz idi.

Oxuməni.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov söyləyib.

"Hazırda məlumdur ki, Avrasiyada böyük güclər və qruplar arasında ciddi mübarizə gedir. Həmin qüvvələr Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə də ciddi təzyiqlər edirdilər, bundan sonra da edəcəklər.

Rəcəb Tayyib Ərdoğanın ölkəsi üçün oynadığı rola baxarkən görə bilərik ki, onun son layihələri Türkiyənin gələcəyi üçün, suverenliyinin möhkəmləndirilməsi istiqamətində olduqca vacibdir",- deyə o vurğulayıb.

Politoloq bildirib ki, hazırda R.T. Ərdoğanın rəhbərliyi ilə Türkiyənin siyasi gücünün Cənubi Qafqazda möhkəmlənməsinin şahidi olmaqdayıq. Əgər indiyə qədər regionda bəlli ölkələr söz sahibi olmaq istəyirdisə, artıq bu gün Türkiyə varlığı sabitliyin, təhlükəsizliyin təminatçısıdır. Bu gün Azərbaycan və Türkiyə liderləri arasında olan münasibət ölkələr arasındakı əlaqələri daha da inkişaf etdirəcək.