FİFA prezidenti postuna namizədlərin adları açıqlanıb

FİFA prezidenti postuna namizədlərin adları açıqlanıb

18:12
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Marca" idman qəzeti Canni İnfantinonu FİFA prezidenti postunda əvəz edə biləcək beş əsas namizədin adını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, namizədlər sırasına aşağıdakılar daxildir: "PSJ"-nin prezidenti və Avropa Klublar Assosiasiyasının (ECA) sədri Nasser Əl-Xelaifi; FİFA-nın vitse-prezidenti və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani; UEFA-nın prezidenti Aleksander Çeferin; Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti Şeyx Salman bin İbrahim Əl Xəlifə; Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe.

Qeyd olunur ki, Viktor Montalyani ən məntiqli variant hesab olunur, çünki o, FİFA Şurasının vitse-prezidenti kimi çalışır və təşkilatın daxili işləri ilə yaxından tanışdır.

Namizədlərin müraciət etməsi üçün son tarix 18 noyabr 2026-cı ildir. Namizədi yalnız milli futbol assosiasiyası irəli sürə bilər. Bununla yanaşı, namizəd azı beş federasiyanın dəstəyini qazanmalıdır. FİFA prezidenti seçkiləri 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək.

Almaz Həsənli