İrandan Obamaya sərt cavab

İrandan Obamaya sərt cavab

26 Aprel 2011 18:36
Bəyəndim (0) Bəyənmədim (0)

"İran Suriyanın daxili işlərinə qarışır", - deyən ABŞ prezidenti Barak Obamaya İrandan rəsmi cavab gecikməyib. Mehr agentliyinin verdiyi xəbərə görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Obamanın sözlərini cavabsız qoymayıb.


O deyib: "Dünya və bölgə ictimaiyyətini çaşdırmaq məqsədi daşıyan bu ifadələr psixoloji müharibənin başlandığının işarəsidir. ABŞ hərbi gücündən istifadə edərək ölkələri işğal edir, onların müstəqilliyini və azadlığını sual altında saxlayır. Bəhreyn, Yəmən, İraq, Əfqanıstan xalqlarının qanları ABŞ-ın silahları ilə axıdılmaqdadır."


Mehmanpərəst çıxışı zamanı onu da qeyd edib ki, dünya ictimaiyyəti ABŞ-ın Tunis və Misir diktatorlarına sonadək dəstək verməsini və məzlum Bəhreyn xalqının qətlə yetirilməsinə göz yummasını çox yaxşı görür.


Iranlı rəsminin dedikləri ilə razılaşmaq olardı, əgər İran özü regionda ikili siyasət aparmasaydı.


Elvin Babayev


O.M.