Əlil uşaqlar üçün yeni plan hazırlanıb

Əlil uşaqlar üçün yeni plan hazırlanıb

27 Aprel 2011 11:35
Bəyəndim (0) Bəyənmədim (0)


Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi (SMNG) Azərbaycan Respublikanın Prezidenti yanında Qeyri-Hokümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İlk Addımlarım" layihəsinin icrasına başlamışdır.

Layihənin məqsədi İlk dəfə olaraq internat məktəbində yaşayan və fiziki imkanları məhdud olan istedadlı uşaqlara heykəltəraşlıq bacarıqlarının öyrədilməsi və artırılması yolu ilə onların cəmiyyətə tam inteqrasiyasına nail olmaqdır.

Hal hazırda icra planına uyğun olaraq, ilk mərhələdə ekspert qrupu yaradılmışdır və artıq internat məktəbində (fiziki qüsurları olan uşaqlar) xüsusi rəssamlıq qabiliyyəti olan uşaqların seçim mərhələsi gedir.