Havadan xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə
qısamüddətli yağış yağacağı, gün ərzində isə əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə
13-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 24-də arabir yağış yağacağı, şimşək
çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi
əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti,
dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal
sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Havanın necə olmağından asılı olmayaraq, hamınıza aydın səma arzulayırıq...
Günel Həbib
O.M.


























































.jpg)


.jpg)
.jpg)


















.jpg)
.jpg)

.jpg)







