10 min qaçqın Suriya-Türkiyə sərhədinə toplaşıb
Ən son məlumatlara görə, Suriyada cərəyan edən hadisələrlə əlaqədar ölkəsini tərk edərək Türkiyəyə gələnlərin sayı isə 7000 nəfərə çatıb. Suriya-Türkiyə sərhədində daha 10 min qaçqının toplaşdığı bildirilir. Türkiyə suriyalı qaçqınlar üçün Hatayda 4 çadır şəhərciyi hazırlayıb.
Suriyanın şimalında isə hərbi əməliyyatlar davam edir. Bir müddət hökumət əleyhdarlarının əlində olan Cisr-əş-Şuqur şəhərinə nəzarət bərpa edildikdən sonra Bəşər Əsədə sadiq hərbi qüvvələr qonşu yaşayış məntəqələrinə də daxil olublar. Hökumət qüvvələri silahlı qruplaşmaları təmizləmək üçün Maraatəl-Numaan, Biniş və Taftanaz şəhərlərində də hərbi əməliyyatlara hazırlaşırlar.
Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər