3 dəqiqədə 6 uşaq dünyaya gətirdi
Amerikanın Dallas şəhərində yaşayan Hasor Karol 3 dəqiqə içərisində biri oğlan olmaqla 6 uşaq dünyaya gətirdi. Brukvud tibb mərkəzində tam 50 nəfərlik bir komandanın müşayiəti altında keçirilən doğuşda uşaqlar analarının bətnindən keysəriyyə yolu ilə götürüldü. Doğulan hər uşaq üçün tibb bacıları və həkimlərdən ibarət qruplar yaradıldı. Olduqca sağlam olan uşaqların atası Mitçel özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Cütlüyün daha 3 uşağı olduğu və doğumdan sonra 11 nəfərlik ailə halına gəldikləri bildirildi.
Nə əkərsən, onu da biçərsən...
Günel Həbib
O.M.
Digər xəbərlər