Narkomaniyaya qarşı mübarizə metodları genişlənir
Narkoloji xəstələrin müalicəsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il iyunun 29-da imzaladığı "Narkoloji xidmət və nəzarət haqqında" Qanunla tənzimlənir.
Narkotiklərə Qarşı Təbliğat Ofisindən verilən məlumata görə, bu xəstəlikdən
əziyyət çəkən şəxslərin müalicəsini ixtisaslaşmış tibb müəssisələrində
narkoloqlar, psixiatrlar, psixoloqlar aparırlar.
Səhiyyə Nazirliyi narkomanları müalicə etmək üçün özəl klinikalara icazə
verməyib. Narkomaniyaya düçar olmuş insanların müalicəsi könüllülük əsasında
həyata keçirilir. Yetkinlik yaşına çatmayanlar isə narkoloji tibb müəssisəsinə
valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə yerləşdirilirlər.
Narkomaniya öldürür, amma ölmür...
Könül Aypara
O.M.
Digər xəbərlər