İraqda 35 nəfər terror qurbanı oldu
Paytaxt Bağdaddan 20 kilometr şimalda yerləşən Salahuddin əyalətinin Taci şəhərində iki partlayış baş verib. Hökumət binasının yaxınlığında partlayıcı qurğuların işə düşməsi nəticəsində azı 35 nəfər ölüb, 30-dək adam yaralanıb. Partlayıcı qurğulardan biri avtomobildə yerləşdirilib. Polis ərazini mühasirəyə alıb, araşdırma aparılır. Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Paytaxt Bağdadda isə güclü mühafizə olunan Yaşıl Zona rayonuna raket atılıb. 4 İraqlı ölüb, 10-dək adam yaralanıb. Raket hücumu Yaşıl Zonada yerləşən ABŞ səfirliyində 4 iyul günü ilə əlaqədar tədbir keçirilərkən baş verib.
Terrorçuları öldürmək çətindir. Terroru öldürməksə ondan da çətindir.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər