Həccə gedəcək zəvvarlara vizaların verilməsi ləngiyir
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara Səudiyyə Ərəbistanı Krallığı tərəfindən vizaların verilməsi ləngidilir.
Qafqaz Müsəlmanları idarəsindən KİV-ə verilən məlumata görə, krallığın Azərbaycandakı səfirliyi tərəfindən vizaların verilməsinə iyulun 10-dan başlanacağı bildirilsə də, sonradan məsələ 5 gün təxirə salınıb. İndi isə vizaların iyulun 20-dən etibarən veriləcəyi deyilir.
QMİ-dən onu da əlavə ediblər ki, hazırda cəmi 50 boş zəvvar yeri qalıb ki, bunlar da ancaq VİP ziyarət növü üçün nəzərdə tutulanlardır.
Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən məsələyə münasibət bildirmək istəməyiblər.
Xatırladaq ki, ötən ilə qədər zəvvarlara vizaların verilməsi daha erkən tarixdən başlayıb.
Mediainfo.az