Şirvanda baş verən partlayışda xəsarət alanlardan bir neçəsi evə buraxılıb - NAZİRLİKDƏN AÇIQLAMA

Şirvanda baş verən partlayışda xəsarət alanlardan bir neçəsi evə buraxılıb - NAZİRLİKDƏN AÇIQLAMA

27 İyul 2016 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan "Araz" zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir. Bu barədə KİV-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun utilizasiya sahəsində partlayış baş verib.Partlayış nəticəsində iki nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Mediainfo.az