Obamalar ailəsinin gəlirləri kəskin azalıb

Obamalar ailəsinin gəlirləri kəskin azalıb

20 Aprel 2011 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obamanın və ailəsinin 2010 ili üçün vergi bəyannaməsi Ağ Ev tərəfindən açıqlanıb. Barak Obama və xanımı Mişel Obamanın keçən ilki gəlirləri 2009-cu ildə olan 5.5 milyon dollardan 1.8 milyon dollara düşüb. Bəyannamədə Obama ailəsinin gəlirlərinin aşağı düşməsinin səbəbi prezident Obamanın kitablarının az satılması ilə bağlı olduğu göstərilib. Barak Obama 1995-ci ildə yazdığı " Atamdan xatirələr", 2006-cı ildə yazdığı "Ümidin cəsarəti", keçən il isə uşaqları üçün yazdığı "Sizin üçün söylədiyim mahnılar: Qızlarıma məktub " adlı kitabların müəllifidir. Ümumilikdə Obama ailəsi gəlirlərinin 14.2 hissəsini xeyriyyə məqsədi üçün istifadə edirlər.

ABŞ prezidenti kasıblayan deyil. Çünki Yaxın Şərqin neft quyularına göz dikib...

Hafiz Əhmədov

O.M.