Bakıda gənc özünü yandırdı
Dünən gecə saatlarında 22 yaşlı oğlan üstünə benzin tökərək özünü yandırıb.
Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, Zirə qəsəbəsi sakini,
1989-cu il təvəllüdlü Elmin Məmmədkərimov özünə od vurub.
22 yaşlı oğlan küçəyə çıxaraq, üzərinə benzin töküb və od vurub. Yanan zaman
dəhşətli səs-küyə insanlar yığışıb və onu söndürərək xəstəxanaya çatdırıblar.
5 saylı şəhər xəstəxanasının yanğın palatasına yerləşdirilən paytaxt sakininin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbləri Xəzər rayon Prokurorluğu tərəfindən araşdırılır, sağlamlığa xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.
Bu gənci yandırıb-yaxan olub ki, o da özünü yandırıb...
Elvin Babayev
O.M.
Digər xəbərlər