Tatlıses açıqlama verib
Tatlıses millət vəkilliyinə namizədliyini geri çəkib
Türkiyədə bu yay
keçiriləcək parlament seçkilərində hakim partiya AKP-dən deputatlığa namizəd
olmaq istəyən, ancaq baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən namizəd
göstərilmədiyi üçün Şanlı Urfadan müstəqil namizəd olan tanınmış müğənni
İbrahim Tatlısəs bu barədə açıqlama yayıb.
Türkiyənin "Vatan" qəzetinin verdiyi məlumata görə, bir ay əvvəl
başından ağır güllə yarası alan və hazırda müalicə prosesi davam edən İbrahim
Tatlıses səhhətindəki problemləri səbəb göstərərək namizədlikdən geri çəkilib.
Açıqlamasında müğənni bildirib ki, səhhətindəki problemlər səbəbindən ölkəsinə və xalqına lazımi xidmətlər göstərə biləcəyinə əmin olmadığı üçün millət vəkilliyinə namizədlikdən geri çəkilir.
Daha sonra o, "Türkiyə Respublikasının vətəndaşı olaraq söz verirəm ki, sağlamlığıma qovuşduqdan sonra yenidən millət vəkili olmaq üçün cəhd göstərəcəyəm. Böyük hörmət bəslədiyim Rəcəb Təyyib Ərdoğana isə seçkilərdə uğurlar arzulayıram. Məni yalnız buraxmayan həmvətənlərimə də dərin minnətdarlığımı və sevgilərimi göndərirəm" deyib.
Parlamentdə səs verməkdənsə səsini xalq yolunda istifadə etmək doğru olardı...
Elvin Babayev
O.M.