Həftə sonu hava yağmursuz və isti olacaq

Həftə sonu hava yağmursuz və isti olacaq

23 Mart 2012 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında martın 24-də hava yağmursuz keçəcək, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Martın 25-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 24-də hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək. Martın 25-26-da hava əsasən yağmursuz keçəcək. Lakin martın 25-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

O.M.