Rusiya prezidentinin korteji qəzaya uğradı
Bu gün Rusiya Prezident Administrasiyasının avtomobil kortejini müşayiət edən yol polisi maşını yol-nəqliyyat hadisəsi törədib. Troitsk şəhərinə Dmitri Medvedevlə görüşə gedərkən öndə şütüyən "Mercedes" markalı polis maşını Qazoprovod qəsəbəsi ərazisində sola dönərkən "Mitsubishi Lancer" markalı avtomobillə toqquşub. "Mitsubishi Lancer"in qadın sürücüsü polis maşınının sirenasına fikir vermədiyindən yol qəzasından ötüşmək mümkün olmayıb. Zərbənin təsirindən hər iki maşın istiqamətini dəyişib.
Xatırladaq ki, Dmitri Medvedevin Troitsk görüşündə Moskva şəhərinin Moskva ətrafı ərazilər hesabına 144 min hektar artırılması məsələsi müzakirə olunacaq. Bu barədə prezident fərmanı isə cari ilin 01 iyul tarixindən qüvvəyə minəcək.
O.M.
Digər xəbərlər