Ban Qi Mun vəzifədə qalmaq üçün yalvarır

Ban Qi Mun vəzifədə qalmaq üçün yalvarır

22 Aprel 2011 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin baş katibi Ban Qi Mun müddəti bu il başa çatacaq vəzifəsindən getmək istəmədiyini açıqlayıb. Belə ki, Rusiyanın prezidenti Dmitri Medvedevlə görüşən baş katib onun namizədliyinə veto qoyulmamağını xahiş edib.


O, " BMT-nin baş katibi kimi sizin rəhbərliyinizə və liderliyinizə ümid etmək istəyirəm", - deyib.


Bundan başqa danışıqlarda Yaponiyada baş verən zəlzələ və nüvə sızıntısı, Koreya yarımadasında vəziyyət, Yaxın Şərq və Liviyadakı hərbi müdaxilə və onun nəticələri barədə fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, Ban Qi Mun 2007-ci ildən BMT-nin baş katibi vəzifəsini icra edir.


Vəzifə necə şirin şeydir ki, BMT rəhbərinin də dadı damağında qalıb. Mən hələ seçkilərdə dəridən-qabıqdan çıxan Qərb liderlərini demirəm. Onda Liviya diktatorundan nə istəyirlər?..


Elvin Babayev


O.M.