"Nimdaş paltarlarınızı imkansız ailələrə verməyin, ya da..."
1993-cü ildə ali məktəbə qəbul olunanlar yaxşı xatırlayarlar. Həmin il qəbul da gecikmişdi, nəticələr də gec çıxdı, Dərslər də səhv etmirəmsə, dekabr ayinda başlandı. 3 il Tibb Universitetinə qəbul olmaq istəyim gözümdə qaldı və mən Mingəcevir Politexnik institutunun İqtisadiyyat və İdarəetmə fakultəsinə qəbul olundum. Anam mənim həkim olmağımı o qədər dəlicəsinə arzulayırdı və buna görə mənim hazırlıqlariıa o qədər pul xərcləmişdi ki, Politexnik institutunun adını eşidəndə dəli oldu. Yəni burani istəsəm elə məktəbi bitirən ili daxil olardim da, daha 3 il niyə əziyyət çəkirdim ki?
Nə isə. Onsuz da anamin düşüncəsinə görə yaxşı şagird, yaxşı tələbə yamaqlı şalvar, ciriq qaloşla oxumalı idi. Fikri geyimdə yox, kitabda olmalı idi. Bir tərəfdən də ATU-ya qəbul oluna bilməməyim onu özündən çıxartdı. Mənə yeni geyim almadı. Olanlarım da köhnəlib, yaman günə qalmışdı. Ən pisi isə kurtka və ya paltom yox idi. Mən heç nə deyə bilməzdim, o da aciqla almırdı. Artıq 2 gün sonra dərs başlayacaq deyə hazırlaşırdım. Qonşu çağırdı bizi evlərinə. Təbrik elədi, uğur arzuladi. Söhbət arasi bildi ki, paltom yoxdur. Dedi, bizdə bir kurtka var, gəl hələlik verim Vəfaya. Təzəsini alana qədər. Sevindim. O da gedib əlində ag bir kurtka ilə gəldi. Kənd yerində olanlar yaxşı bilər. Qoyunun dərisini yunu qırxılmamış halda yuyub, ağardıb kurtkalar tikirlər a, bax ondan. Yun olan tərəfi icəridə, dəri tərəfi üstə. Sevincim gözümdə qaldi