Azərbaycanlı gizirin üzərində 710 qram heroin aşkarlanıb
Bu gen gecə saat 02.10 radələrində, Yardımlı rayonunun Sırıq kəndi ərazisində Şəki Şəhər-Rayon Polis Şöbəsi Sarıcalı Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı İlham Əhmədovun idarə etdiyi "VAZ-21074" markalı, AZ 10-OE-704 dövlət nömrə nişanlı avtomaşın Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Maşında əməliyyat axtarış tədbirləri keçirən polis əməkdaşları narkotik maddə olan heroin aşkarlayıblar.
Avtomaşında sərnişin qismində gedən Müdafiə
Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri Əlibaba Nasir oğlu
Vəlupurdanın üzərindən 710 qram heroin taparaq götürülüb.
Faktla bağlı Sabirabad rayonu prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.
Digər xəbərlər