11 yaşlı Elvinin kanalda batdığı ehtimal olunur

11 yaşlı Elvinin kanalda batdığı ehtimal olunur

15 Oktyabr 2014 08:06
Bəyəndim (0) Bəyənmədim (0)

Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin kimliyi məlum olub.

Bu 2003-cü il təvvəlüdlü Zahidov Elvin Famil oğludur. Göbələk yığmağa gedən Elvinin yanında başqa bir uşağın da olduğu bildirilir. Elvin suya düşəndən sonra həmin uşaq ailəsinə xəbər verib. Axtarışlar davam etdirilir.

Mediainfo.az