DİN: Göygöldə 92 yaşlı kişi başı və boğazı kəsilərək öldürülüb
DİN mətbuat xidmətindən Mediainfo.az-a verilən məlumata görə, fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Mediainfo.az
Digər xəbərlər