Azərbaycanda 30 yanvarın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınmış, onların da 43-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
17 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
30.01.2012
Yanvarın 30-da saat 12.00 radələrində Sabunçu rayonu ərazisində şəhər sakini Hüseynağa Quliyev "BOB ÇAT" markalı traktoru idarə edərkən şəhər sakini Akif Allahverdiyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.01.2012
Yanvarın 30-da saat 23.00 radələrində Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində kənd sakini Xəqani Vahabov "Moskviç" markalı avtomaşını idarə edərkən onu arxa aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Cəlilabad şəhər sakini Mircəlal Qəhrəmanovdan saxta əsginaslar götürülmüşdür
30.01.2012
Cəlilabad RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Cəlilabad şəhər sakini Mircəlal Qəhrəmanovdan 6 ədəd 100 manatlıq və 7 ədəd 50 manatlıq saxta əsginaslar götürülmüşdür. M.Qəhrəmanovun saxta əsginasları həmyerlisi Bəhruz Əsgərovdan alması müəyyən edilmişdir. Hər iki şübhəli şəxslər saxlanılmışlar.
Elektrik generatoru və naqillər oğurlanmış Bakı şəhər sakini Coşqun Məmmədov tutulmuşdur
30.01.2012
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində yanvarın 29-da Hökməli qəsəbəsi ərazisində Bakı şəhər sakini Valeh Qasımova məxsus evdən pəncərədən girmək yolu ilə 1 ədəd elektrik generatoru və naqillər oğurlanmış həmyerlisi Coşqun Məmmədov tutulmuşdur.
Şərur rayon sakini Nemət Həsənov tapdığı silahı təhvil vermişdir
30.01.2012
Şərur rayonunun Mahmud kənd sakini Nemət Həsənov tapdığı 1 ədəd "AKS" avtomat silahını könüllü olaraq Şərur RPŞ-nə təhvil vermişdir.
DİO əməkdaşları tərəfindən silah-sursat tapılmışdır
30.01.2012
Şəmkir RPŞ əməkdaşları tərəfindən rayon ərazisində
1 ədəd "TOZ-8"
tüfəngi, 2 ədəd qumbara, 451 ədəd müxtəlif çaplı patron, 3 ədəd alışdırıcı və 4
ədəd patron darağı tapılmışdır.
Tovuz RPŞ əməkdaşları tərəfindən rayonunun Bozalqanlı kəndi ərazisində 1 ədəd "TT"
markalı tapança, 1 ədəd "TOZ-8"
tüfəngi, 1 ədəd qumbara, 75 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı
tapılmışdır.
Donvurma diaqnozu ilə xəstəxanaya gətirilmiş 45-50 yaşlı kişi ölmüşdür
30.01.2012
Yanvarın 29-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən 45-50 yaşlı kişi donvurma diaqnozu ilə xəstəxanaya gətirilmiş və yanvarın 30-da orada ölmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
30.01.2012
Abşeron rayon sakinləri Xanım Cəbrayılova və Nərmin Mürsəlova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər, vəziyyətləri qənaətbəxşdir.
Qanunlar qanla yazılmasa da, qanla pozulur...
Murad Şahməmmədov
O.M.