"Oskar" mükafatının namizədləri elan edildi
Amerika
kino-akademiyası sayca 84-cü dəfə ABŞ və dünya filmlərinə qızıl heykəlləri
təqdim etmək ərəfəsindədir. Təntənəli təqdimetmə mərasimi 26 fevral gününə
təyin olunsa da, bu gün namizədlər elan olunublar. 10 nominasiya üzrə "Oskara"
namizəd görülən "Artist" filmi qeyri-şərtsiz liderdir. 01 fevral günü
başlayacaq final səsverməsi 21 fevrala qədər davam edəcək. Mükafatlandırma mərasimi
isə 26 fevral günü Los-Ancelesin Kodak kino mərkəzində baş tutacaq. Tədbiri
Billi Kristal idarə edəcək. Bu ilin kinoları arasında yaxşıların yaxşısı olmağa
real namizədləri sizə təqdim edirik:
Ən yaxşı film
Artist
Hərbi at
Həyat
ağacı
Son dərəcə yüksək və qadağan olunacaq qədər yaxın
Parisdə gecəyarısı
Varislər
Qulluqçu
Zamanın gözətçisi 3 D
Hər
şeyi dəyişən insan
Ən yaxşı kişi rolu
Corc Kluni (Varislər)
Bred
Pitt (Hər şeyi dəyişən insan)
Heri Oldman (Şpion, rədd ol!)
Demian Bişir (Gözəl həyat)
Jan Dyüjarden (Artist)
Ən yaxşı qadın rolu
Runi Mara (Əjdaha tatuirovkalı qız)
Mişel Uilyams (Merilin Monro ilə 7 gün, 7 gecə)
Meril Strip (Dəmir ledi)
Viola Devis (Qulluqçu)
Qlenn Klouz (Sirli Albert Nobbs)
Ən yaxşı ikinci dərəcəli kişi rolu
Kristofer Plammer (Yeni başlayanlar)
Jon Hill (Hər şeyi dəyişən insan)
Nik Nolti (Döyüşçü)
Kennet Brana (Merilin Monro ilə 7 gün, 7 gecə)
Maks
fon Syudov (Son dərəcə yüksək və qadağan olunacaq qədər yaxın)
Ən yaxşı ikinci dərəcəli qadın rolu
Oktaviya Spenser (Qulluqçu)
Cessika Çesteyn (Qulluqçu)
Melissa MakKarti (Veqasda qadın məclisi)
Berenis Bejo (Artist)
Canet MakTir (Sirli Albert Nobbs)
Ən yaxşı rejissor
Terrens
Malik (Həyat ağacı)
Aleksandr Peyn (Varislər)
Vudi Allen (Parisdə gecəyarısı)
Martin Skorseze (Zamanın gözətçisi 3 D)
Mişel Xazanaviçus (Artist)
Ən yaxşı ssenari
Artist
Veqasda qadın məclisi
Parisdə gecəyarısı
Riskin
həddi
Nadir və Siminin boşanması
Ən yaxşı animasiya filmi
Çəkməli pişik
Pişik həyatı
Kunq-fu
Panda 2
Ranqo
Çiko
və Rita
Ən yaxşı əcnəbi film
Nadir və Siminin boşanması (Əsgər Fərhadi, İran)
Qeydlər (Yosef Sedar, İsrail)
Öküzbaş (Maykl R.Roskam, Belçika)
Sığınacaq (Aqneşka Holland, Polşa)
Mister Lazar (Filipp Falardo, Kanada)
Həyat filmdir desək, onda milli kinomuzun "Oskar" mükafatına layiq görülməsi komediya janrında olardı...
Murad Şahməmmədov
O.M.